Putinin böyük qızı ilk dəfə müsahibə verdi

Rusiya Prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova ilk dəfə müsahibə verib.

Metbuat.az xəbər verir ki, adətən ictimaiyyət qarşısına çıxmayan Mariya Vorontsova Rusiya mətbuatına danışıb. Putinin həkim olan qızının sözləri diqqət çəkib.

Mariya Vorontsova ədəbiyyat, idman və poeziya kimi mövzularda danışıb. O, "Biz insan mərkəzli cəmiyyətik və bizim üçün ən yüksək dəyər hər zaman insan həyatıdır. Rusiya xalq mərkəzli ölkədir" deyə bildirib. Vorontsova hobbilərindən danışarkən deyib: "Hətta boş vaxtlarımda elmi və ya tibbi ədəbiyyat oxuyuram. İlham mənbəyim gözəl olan hər şeydir. Rəsmlər, muzeylər, teatrlar, musiqi. Mənim həvəsim idmandır. Həftədə ən azı bir neçə saatımı sağlam həyat tərzinə həsr edirəm”.

Müxbirin müsahibədə Vorontsovanın Putinin qızı olduğunu qeyd etmədiyi diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı