Türkiyədən Azərbaycana 250 milyonluq jest - Ərdoğan imzaladı

25 dekabr 2023-cü il tarixində Ankarada imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Qrant Sazişi” qüvvəyə minib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumat “Resmi Gazete”də dərc olunub. Saziş Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanıb. Müqaviləyə əsasən, Türkiyə “Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Tədris Mərkəzi və Fidanlıq Təsərrüfatı” layihəsi çərçivəsində Azərbaycana 250 milyon TL-yə (14 175 000 AZN) qədər qrant verəcək.

Layihənin dəyəri 250 milyon TL-dən az olarsa Azərbaycan qalan qalığı tələb etməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı