Tanınmış jurnalist Səbuhi Məmmədli "Yeni Klinika"ya köçürülüb.
Bu barədə Metbuat.az-a TƏBİB-dən məlumat verilib.
Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Xatırladaq ki, bu gün səhər saatlarında vəziyyəti pisləşən Səbuhi Məmmədli Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Qəflətən ürəyi dayanan jurnalistin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub. Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilirdi.