Süni intellekt Azərbaycanda iş yerlərinə necə təsir edəcək - AÇIQLAMA

Beynəlxalq Valyuta Fondunun təhlilinə görə, süni intellekt dünya üzrə iş yerlərinin təxminən 40%-nin azalmasına səbəb ola bilər. Bu məsələ dünya ictimaiyyəti arasında birmənalı qarşılanmaya bilər. Proses Azərbaycana təsir edə bilərmi?

Məsələyə aydınlıq gətirən marketoloq Fərid Məhərrəmli Metbuat.az-a açıqlamasında bildirib ki, suni intellektin iş yerlərinə təsiri yaxın gələcəkdə gözlənilmir.

"Yaxın 2-3 il ərzində suni intellektin inkişafının Azərbaycanda da iş yerlərinə təsirini hiss etməyəcəyik. Lakin, zamanla gedən trendlərlə artıq bu dəyişiklik Azərbaycana da ayaq açacaq. Bir çox ölkələrdə suni intelektin ələ keçirdiyi iş sahalərini Azərbaycanda da ələ keçirəcəyi gözlənilir", ekspert qeyd edib.

Fərid Məhərrəmli onu da vurğulayıb ki, ilkin dövrdə işini itirənlər əsasən gündəlik iş sektorunda çalışan işçilər olacaq: "Bunlar birinci növbədə taksi sürücüləri, karqo, logistika işi görən insanlar ola bilər. Yəni daha çox ilk başlanğıcda fiziki işlər olacaq ki, suni intellekt bir növ onları ələ keçirəcək. . Məsələn, Amerikada əsasən kassir, taksi sürücüsü bu kimi işləri artıq avtomatlaşdırıblar və suni intellektlə əvəz olunub.

Eyni zamanda suni intellektin gəlməsi ilə yeni iş yerləri yaranacaq. Unutmayaq ki, bir texnologiya gələndə, bir çox peşələr öz fəaliyyətini itirirsə də, eyni zamanda bu texnologiyanın yaranması ilə yeni peşə sahələri də yaranır. Amma bu prosesin baş verməsi addım-addım olacaq. Proses sürətli şəkildə baş verməyəcək".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı