Bu şəxslərə müavinət verilməyəcək - YENİ QANUN

Aylıq müavinət müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmış məcburi köçkün statusu olan şəxslərə şamil edilməyəcək.

Metbuat.az bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nda dəyişiklik edib.

    Bundan əvvəl səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçıran məcburi köçkün statusu olan şəxslərə bu müavinət şamil edilməyib.

    Qeyd edək ki, bu Qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı