Prezidentliyə namizədlərin siyahısının dərci üçün ayrılan müddət başa çatır

Qeydə alınmış prezidentliyə namizədlərin siyahısının dərc edilməsi üçün ayrılan müddət sabah başa çatır.

Metbuat.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış namizədlərin siyahısının dərcini təmin etməlidir.

Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı