Bakıda 18 nömrəli məktəbin 1B sinif rəhbəri Təhminə müəllimə sinif şagirdləri ilə birlikdə məktəbin təmizliyinə baxan xanıma doğum günü münasibətilə sürpriz hazırlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb. Görüntülərdə qadının duyğulandığı müşahidə edilib.