Separatçı ermənilərlə bağlı istintaq davam edir - Baş prokuror

Erməni separatçılar torpaqlar işğaldan azad edilməmişdən əvvəl Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstəriblər.

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev erməni separatçıların istintaq prosesindən danışarkən deyib.

Baş prokuror bildirib ki, həmin ermənilər qanunsuz hərəkətləri Ermənistana tabe olmaqla törədib, separatçılıqla məşğul olublar: "Bütün bunlarla bağlı hərtərəfli istintaq tədbirləri həyata keçirilir. Hazırda görüləsi işlər çoxdur. Azərbaycan Respublikasının qoşulduğu bütün beynəlxalq konvensiyaların tələbinə və milli qanunvericiliyə uyğun olaraq bütün istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşdıqdan sonra bütün ittihamlar məhkəməyə göndəriləcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı