80 yaşını qeyd edən Xalq artisti arzusunu açıqladı

Azərbaycan tamaşaçılarının yaddaşında “Həm ziyarət, həm ticarət” filmindən “Mustafa” obrazı ilə qalan Xalq artisti Hacı İsmayılovun 80 yaşı tamam olur.

Metbuat.az xəbər verir ki, Hacı İsmayılov yubiley arzusunu açıqlayıb:

"Bütün insanlar kimi mənim də arzum var. Bir az ömür sürüb sənətimlə, öz işimlə dövlətimə, xalqıma xidmət etmək istəyərdim. 80 illik yubileyimi ailəmlə birlikdə keçirəcəm. Yubileyimin dövlət səviyyəsində keçirilib-keçirilməyəcəyini deyə bilməyəcəm, çünki məlumatsızam".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR