Mourinyodan "U" dönüşü - Ərəbistana gedəcəyi deyilirdi

"Roma"dan istefaya göndərilən Joze Mourinyo İtaliyada qalmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, Joze Mourinyonun "Napoli" ilə danışıqlar apardığı irəli sürülüb. “The Sunday Times” nəşrinin məlumatına görə, məşqçi bununla bağlı “Napoli”nin prezidenti Aurelio De Laurentislə danışıqlar aparıb. Tərəflər arasında görüşün məhsuldar keçdiyi irəli sürülür.

Qeyd edək ki, Joze Mourinyonun Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubu ilə razılığa gəldiyi irəli sürülmüşdü. Mourinyo daha əvvəl İtaliya karyerasında “İnter” və “Roma”nı çalışdırıb. Portuqaliyalı "Napoli" ilə anlaşarsa, İtaliyada üçüncü macərasına başlayacaq. Mourinyo daha əvvəl "İnter"lə A Seriya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı