​Borel ciddi diplomat olmadığını bir daha təsdiqlədi - Deputat

“Son aylar Avropa Birliyinin Azərbaycanla bağlı qərəzli çıxışlarını müşahidə edirik. Azərbaycanla strateji münasibətlərə malik təşkilatın funksionerinin bu mövqeyi qəbuledilməzdir. Borel ciddi diplomat olmadığını bir daha təsdiqlədi. Görünür ki, o yenə əvvəlki qeyri-ciddi ampluasındadır. Məncə, onu daha Avropa İttifaqının özü belə ciddi diplomat saymır”.

Bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O qeyd edib ki, dünyanın çarxı indi tərsinə dönür, haqlı olsan da, sənin üzərinə gəlirlər, işğala məruz qalanı deyil, işğalçının tərəfini tuturlar:

“Görünür ki, bu təşkilatda təzyiqli hərəkətlərin kökü Parisdən gəlir. Bəlkə də də Borelin “erməni sevdalısı” olmasının əsas səbəblərindən biri də, ermənilərin saxta soyqırım günündə - 24 apreldə dünyaya göz açmasıdır. Qeyd etmək lazımdır ki, sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə sadiq olan Azərbaycan beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərinə uyğun olaraq, hər hansı ayrı-seçkiliyə yol vermədən Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin də bərabər hüquqularını multikultural dövlət siyasətinə uyğun olaraq qoruyur. Düşünürəm ki, Azərbaycana və bütövlükdə bölgədə sağlam mühitə qarşı yönəlmiş, sülhü, sabitliyi təhdid edən düşmənçilik fəaliyyəti araşdırılmalı və ən radikal qərarlardan çəkinilmək lazımdır".

Deputat vurğulayıb ki, Fransa baş verənlərdən dərs çıxarmaq əvəzinə xalqlar və dövlətlər arasında əbədi gərginlik yaradılmasına yönəlik siyasət yürüdür:

“Eyni zamanda, Aİ nümayəndəsinin diplomatların ölkədən çıxarılması ilə bağlı Fransa ilə həmrəyliyini ifadə etməsi, davam edən hüquqi araşdırma prosesinə açıq müdaxilədir. Bununla da, Azərbaycandan qovulmuş fransız diplomatların qanunsuz hərəkətlərinə haqq qazandırılır. Fransanın tək Azərbaycanla deyil, ümumilikdə dünya ilə ciddi problemləri mövcudur. Fransa, indiki iqtidarın sayəsində Avropada insan haqları və hüquqlarının kobud şəkildə pozulduğu ölkələr sırasında liderlik qazanıb, faktlar da bunu təsdiq edir. Ölkə mediası, siyasilər, müxtəlif araşdırma mərkəzləri də bu təhlükənin artdığını narahatçılıqla ifadə edirlər”.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı