"AŞPA Fransa və Almaniyanın əlində alətə çevrilib" - Deputat

“AŞPA-nın son iclasında alman deputat tərəfindən qaldırılan məsələ növbəti avantüradır və ikili standartların növbəti təzahürüdür”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Deputat vurğulayıb ki, AŞPA artıq Fransa və Almaniyanın əlində alətə çevrilib:

“Azərbaycan ABŞ-nin bu riyakarlığını heç vaxt unutmayacaq” -

“Görünən odur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə, işğalda olan torpaqlarımızın azad edilməsi, eləcə də antiterror əməliyyatı nəticəsində suverenliyimizin təmin edilməsi birmənalı olaraq AŞPA tərəfindən həzm edilə bilmir. Məhz bu səbəbdən AŞPA Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyası apararaq əsassız ittihamlar səsləndirir. Azərbaycan nümayəndə heyətinin yanvar ayının 24-də, bəyanatla çıxış edərək məkanı tərk etməsi çox doğru bir addımdır. AŞPA-da onların arxasında dayananların Azərbaycana qarşı səsləndirilən ittihamlarının heç bir əsası yoxdur və bununla ölkəmizə qarşı hər hansı bir təzyiq nümayiş etdirə bilməyəcəklər”.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan dövləti tərəfindən milli maraqlara söykənən müstəqil siyasət yürüdülür və bundan sonra da bu siyasət davam edəcək.

Cavid Osmanov onu da əlavə edib ki, bu kimi bəyanatların, qətnamələr və əsassız ittihamların Azərbaycana təsiri olmayacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı