Ötən il Azərbaycanda 44, 5 milyon manatlıq əmlaka həbs qoyulub - Baş prokuror

2023-cü ildə prokurorluq orqanları tərəfindən 76 milyon 223 min 179 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

Metbuat.az-ın məlumatına görə, bunu bu gün keçirilən kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, hesabat dövründə 44 milyon 344 min 204 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub: "Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 7 milyon 491 min 995 manat məbləğində pul vəsaiti ödənilib".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı