Bu şəxslər "İnfluencer" hesab edilməyəcək

Türkiyənin Ticarət Nazirliyi "İnfluencer" fəaliyyəti ilə məşğul olanlar üçün yeni proqram hazırlayıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni yaradılan "İnfluencer Sertifikat Proqramı"nda iştirak etməyən şəxlər "influencer" hesab edilməyəcək.

Türkiyə Ticarət Nazirliyinin hazırladığı 2024-2028-ci illər üçün Strateji Planda bu məsələ əksini tapıb. Plana əsasən, istehlakçıların müdafiəsi istiqamətində görülən işlər çərçivəsində “İnfluencer Sertifikat Proqramı” layihəsinə start veriləcək. Bu prosesdə həmçinin onlayn alış-verişlə məşğul olan şəsxlər də ciddi yoxlanacaq.

“İnfluencer Sertifikat Proqramı Layihəsi” Reklam Şurası ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı