Xarici İşlər Nazirliyinin kollektivi II Şəhidlər Xiyabanında, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun məzarını ziyarət edib.
Metbuat.az-ın məlumatına görə, mərasimdə xarici işlər naziri Ceyhun Bayramov, nazir müavini Mahmud Məmmədquliyev, şəhidin ailə üzvləri və yaxınları iştirak edib.
Şəhidin məzarı üstə əklil və gül dəstələri qoyulub, şəhidin xatirəsi yad edilib.