Gəncədə sərnişin avtobusu YANDI

Gəncə şəhərində “İsuzu” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a bildirilib ki, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 50 m² olan lambirdən ibarət talvar 8 m² sahədə əriyib.

Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR