Pensiya kapitalı nə qədər artırılacaq? - AÇIQLAMA

"Əmək Pensiyaları" haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır. Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2023-cü ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq".

Metbuat.az bildirir ki, bunu deputat Vüqar Bayramov deyib. O qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak qiymətləri indeksi 2023-ci ildə 8,8 faiz olub:

"Bu o deməkdir, mövcud qanuna əsasən, vətəndaşların pensiya kapitalı 8.8 faiz artırılacaq. Yəni, əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa onun vəsaiti bu il 4 min 400 manat artırılacaq. Bu həmin şəxsin pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir.

Qeyd edək ki, pensiya kapitalı əmək pensiyaları ilə birlikdə indeksləşdirilir. Əmək pensiyalarının 11 faizə yaxın indeksasiya olunacağı gözlənilir. Hər iki göstərici ilə bağlı sərəncamın cənab Prezident tərəfindən gələn ay imzalanacağı gözlənilir".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı