Bu həftə seçki bülletenləri məntəqə seçki komissiyalarına paylanılacaq.
Metbuat.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən fevralın 2-dək seçki bülletenlərini dairə seçki komissiyalarına verilməlidir.
Fevralın 4-dək isə dairə seçki komissiyaları seçki bülletenlərini dairə məntəqə seçki komissiyalarına təqdim etməlidir.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.