İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb.
Metbuat.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, sənəd Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə videokonfrans formatında imzalanıb:
“Anlaşma Memorandumunun icrası tərəflər arasında əməkdaşlığın və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyətin ücləndirilməsinə töhfə verəcək. Həmçinin görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - deyə nazir əlavə edib.