Ölkədə əcnəbilərin bank kartı ilə əməliyyatları bu qədər artıb

Ötən il Azərbaycanda banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2,2 milyard manat əməliyyat aparılıb.

Bu barədə Metbuat.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”na istinadən xəbər verir. Bu görtəricinin həcmi ötən ilin müvafiq dövrü ilə eynidir.

Təkcə, ötən ilin dekabr ayında 202,7 milyon manat dəyərində əməliyyat aparılıb ki, bu da illik müqayisədə 6,3% çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı