Evini su basan Zəngilan sakininin problemi həll olundu - RƏSMİ

Sosial şəbəkələrdə Zəngilan rayon sakini Cabbarov Nuşirəvan İsgəndər oğlunun “Qobu park” yaşayış kompleksindən narazılığını əks etdirən görüntülər yayılıb.

Nuşirəvan Cabbarov iddia edib ki, beş ildir mənzilində yaranmış problemlərə görə aidiyyəti qurumlara müraciət etsə də, onun şikayətinə cavab verən olmayıb.

Məsələ ilə bağlı Metbuat.az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirdilər ki, problemdən xəbərdardılar:

“Nəzərinizə çatdırırıq ki, Zəngilan rayon sakini Cabbarov Nuşirəvan İsgəndər oğlu Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu park” yaşayış kompleksində müvəqqəti məskunlaşıb. Sosial şəbəkədə ailənin məskunlaşdığı binanın kanalizasiya xəttində yaranmış nasazlıq səbəbindən evini su basması ilə bağlı yayılmış video bir neçə gün öncəyə aiddir. Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən yaranmış problem artıq aradan qaldırılıb”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı