Azad edilmiş ərazilərimizdə aparılan antiterror tədbirlərində şəhid olmuş DİN Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanovun övladı dünyaya gəlib.
Metbuat.az bildirir ki, bu barədə Mərkəzi Hospitaldan məlumat verilib. 29 yanvar 2024-cü il tarixində dünyaya göz açan körpə bu gün evə buraxılıb. Şəhidin həyat yoldaşı Gülayət Zamanova və körpəsinin vəziyyəti normaldır. Körpəyə isə Humay adı verilib.
Qeyd edək ki, şəhid Xəzər Zamanov 1998-ci ildə Sədərək rayonunda anadan olmuşdur. Silahlı erməni birləşmələrinin təxribat diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partlaması nəticəsində polis serjantı Xəzər Zamanov həlak olmuşdur. 7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının polis serjantı Xəzər Zamanov “Vətən uğrunda” medalı ilə təltif olunub.