Sergey Lavrov MDB ölkələrinin səfirləri ilə görüşdü

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə MDB ölkələrinin Rusiyada akkreditə olunmuş səfirləri arasında görüş keçirilib.

Bu barədə Metbuat.az Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Görüş zamanı 2023-cü ildə MDB formatında çoxtərəfli əməkdaşlığın nəticələri müzakirə edilib, Rusiyanın bu il təşkilatda sədrliyinin prioritetləri nəzərə alınmaqla gələcək üçün əsas vəzifələr qeyd olunub.

Bundan başqa, görüş iştirakçıları aktual beynəlxalq və regional mövzular ətrafında da fikir mübadiləsi aparıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı