“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin Tədris Mərkəzinə yeni direktor təyin olunub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu vəzifə Pərviz Quliyevə həvalə edilib.
O, vaxtilə uzun illər sığorta sektorunda çalışıb, bundan əvvəl isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Təlim Mərkəzinin direktoru olub, yeni vəzifəsində Aygün Mahmudovanı əvəz edib.