Seçicilər üçün çox yaxşı şərait yaradılmışdı - Xorvat deputat

"Seçkilərin keçirilməsinə bütün inzibati qurumlar yüksək səviyyədə hazırlaşmışdılar".

Metbuat.az bildirir ki, bunu Bosniya və Herseqovinadan olan deputat Mikorad Kojik mətbuat konfransında deyib. O qeyd edib ki, Prezident seçkiləri bütün qaydalara uyğun keçirildi:

"Məmnunluqla qeyd etmək istərdim ki, seçkilərin təşkilində iştirak edən qurumlar çox peşəkar hazırlaşmışdılar. Bizim olduğumuz məntəqələrdə seçicilərin səs verməsi üçün şərait çox yaxşı təşkil edilmişdi".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı