Qızılcadan ölən azyaşlı ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Astarada azyaşlı qızılcadan vəfat edib.

TƏBİB-dən Metbuat.az-a verilən məlumata görə, Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü azyaşlıya (kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrində müayinə və analizlərdən sonra qızılca diaqnozu qoyulub. Ona müvafiq tibbi xidmətlər göstərilib, profilaktik infuziya tətbiq edilib və xəstədə ağır əlamətlər müşahidə olunmadığından ambulator müalicə üçün evə buraxılıb.

Bu gün xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olan çağırış əsasında təhkim olunan briqada tərəfindən çağırış ünvanında azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı