“Yeddi fevraldan sonra ölkəmizin tarixində yeni mərhələ başladı” - Musa Qasımlı

“Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirləri nəticəsində döyüş meydanında işğalçı Ermənistan, dünya erməniliyi və onun havadarları üzərində hərbi, siyasi, diplomatik, informasiya sahəsində qazandığı qələbəni bu dəfə özünün səsverməsi ilə demokratik yolla möhkəmləndirir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Millət vəkili hesab edir ki, Xankəndidə səsvermənin keçirilməsi əsrlər boyu yürüdülmüş anti-Azərbaycan siyasətini iflasa uğradan Azərbaycan dövlətinin tam zəfəridir:

“Bakı bütün Azərbaycan əleyhinə olan qüvvələri yerində oturtdu. 1988-ci ildən bəri ilk dəfə olaraq ölkəmizin bütün ərazisində seçki keçirildi. Yeddi fevraldan sonra ölkəmizin tarixində yeni mərhələ başlayır. Bu dinc quruculuğun, məcburi köçkünlərin daimi yaşayış yerlərinə köçürülməsinin tam başa çatdırılması, elm, təhsil və mədəniyyətimizə yeni nəfəsin gətirilməsi, ölkəmizin yeni inkişaf mərhələsinə, böyük dövlət, böyük ölkə, sosial ölkədən də sonra sosial rifah dövləti quruculuğuna keçid deməkdir. Xankəndidə səs vermək eyni zamanda regionumuzda sülhün qurulmasının vacibliyinə bir işarədir. Bu, separatçılığın kökünün tamamilə kəsilib atılmasıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı