3,9 min şəxsə əlillik təyin olundu

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3,9 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən Metbuat.az-a verilən xəbərə görə, onlardan 1,9 mininə ilkin, 2 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Son bir ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 8,6 min şəxsə reabilitasiya xidməti göstərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı