Xocavənddə mərmilər aşkarlandı - FOTO

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı mərmilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Kiş kəndi ərazisindəki yerləşən tikilidən 56 ədəd müxtəlif çaplı top mərmisi, 16 ədəd tank mərmisi və 64 ədəd tank mərmisinin başlığı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR