Xocavənddə hərbi sursat partladı - Yaralı var

Fevralın 10-də saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Metbuat.az-a bildirilib ki, 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyyə edilib.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR