ABŞ İsrail əsgərlərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır

İsrail mətbuatının yazdığına görə, ABŞ İordan çayının qərb sahilindəki İsrail əsgərlərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İsrail dövlət televiziyası KAN bildirib ki, ABŞ administrasiyası İsraili fələstinlilərə qarşı məskunlaşanların zorakılığına qarşı dəfələrlə xəbərdar edib, lakin Tel-Əviv rəhbərliyinin cavabı qənaətbəxş olmayıb.

Xəbərdə ABŞ-ın İordan çayının qərb sahilində məskunlaşanların zorakılığı ilə bağlı sual və tələblərinə 60 gün ərzində İsraildən cavab almasa, İsrail ordusunun əsgərləri və komandirləri də daxil olmaqla, sanksiya tətbiq edəcəyi qeyd edilib.

ABŞ Dövlət Departamentinin fevralın 1-də verdiyi açıqlamada, işğal altındakı İordan çayının qərb sahilindəki 4 ekstremist yəhudi məskunlaşmanın "şiddətli hərəkətlərə qatılmaq" və "fələstinliləri öldürmək" kimi əsaslarla sanksiya siyahısına daxil edildiyi açıqlanıb.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı