HƏMAS: İsrailin Rəfahda törətdiyi qətliam soyqırım müharibəsinin davamıdır

HƏMAS: İsrailin Rəfahda törətdiyi qətliam soyqırım müharibəsinin davamıdır

HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişk İsrailin Rəfah şəhərində 100-dən çox insanın ölümünə səbəb olan hücumlarla bağlı açıqlama verib.

HƏMAS-ın sosial media hesabında yayımlanan açıqlamada Rişk, "İşğalçı İsrailin bu gecə Rəfahda 100-dən çox insanın şəhid olduğu qırğınlar soyqırım və məcburi köçkün müharibəsinin davamıdır" deyə bildirib.

"Bayden administrasiyası Refah qətliamına görə də məsuliyyət daşıyır". (ABŞ prezidenti Joe) Bayden administrasiyası, Netanyahu hökuməti ilə birlikdə, dünən Netanyahuya yandırdıqları yaşıl işıq və soyqırım müharibəsini davam etdirmək üçün ona göstərdikləri açıq dəstək səbəbiylə Rəfah qətliamına görə tam məsuliyyət daşıyır”.

Fələstinin rəsmi agentliyi WAFA, Rəfahdakı xəstəxana rəsmilərinə əsaslanan hesabatında, İsrailin şəhərə təşkil etdiyi hücumlarda 100-dən çox insanın öldüyünü, yüzlərlə yaralının xəstəxanalara aparıldığını bildirib.

Fələstin Qızıl Aypara Cəmiyyəti də İsrailin hücumlarının Rəfah şəhər mərkəzində cəmləndiyini və hücumlarda mülki vətəndaşların evlərinin də hədəf alındığını açıqlayıb.

Yerli mənbələr İsrail ordusunun döyüş təyyarələri, intensiv artilleriya atəşi və döyüş gəmilərindən dəniz atəşi ilə eyni vaxtda 40-a yaxın hava hücumu həyata keçirdiyini, xüsusilə də məcburi köçkün fələstinlilərin sığındığı çox sayda ev və məscidi hədəf aldığını qeyd etmişdi.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı