Peskov Paşinyana cavab verdi

"Rusiyanın Ermənistanın BCM-ə qoşulması ilə bağlı bu ölkədən müəyyən təminatlara ehtiyacı var, bu məsələ həllini gözləyir".

Metbuat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putinin İrəvana səfərinin mümkünlüyü haqqında danışarkən deyib.

O bildirib ki, bir gün əvvəl “The Telegraph”ın müxbiri Ermənistanın baş naziri Nikol Paşinyandan, "Putinə zəng edib Ermənistana gəlməməsi ilə bağlı xəbərdarlıq edəcəksinizmi" soruşduqda o, belə cavab verib: “Düşünmürəm ki, Vladimir Vladimiroviçin mənim məsləhətimə ehtiyacı var”.

"Kreml Finlandiyanın yeni seçilmiş prezidenti Stubbun Rusiya-Finlandiya münasibətlərində balansı qoruyacağına ümid edir", - deyə sözçü bildirib.

Putinin Stubbu seçkilərdəki qələbəsi münasibətilə təbrik etmə ehtimalından danışan Peskov, Finlandiya və onun hazırkı rəhbərliyinin Rusiya Federasiyasına dost olmadığını xatırladıb.

"İcarə müqaviləsinə xitam verildikdən sonra, Ukrayna Səfirliyi binalarının sonrakı taleyi Rusiya Federasiyasının maraqlarına uyğun olaraq həll olunacaq. Putin fevralın 12-də iqtisadi məsələlərlə bağlı görüş keçirəcək", - Peskov əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı