İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölən fələstinlilərin sayı son 10 gündə 1102 nəfər artaraq 28 min 340 nəfərə, yaralıların sayı isə 67 min 984 nəfərə çatıb.
Metbuat.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında İsrailin Qəzza zolağına 129 gündür hücum etməsi bildirilir.
Qeyd edilib ki, İsrail qüvvələri son 24 saat ərzində Qəzza zolağında daha 164 fələstinlini öldürüb, 200 nəfəri yaralayıb.
Açıqlamada İsrail ordusunun son 10 gündə Qəzza zolağına havadan, qurudan və dənizdən həyata keçirdiyi hücumlarda 1102 fələstinlinin şəhid olduğu qeyd edilib.
Həmçinin, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də vurğulanıb.
Seyranə Quliyeva / Metbuat.az