Azərbaycanda bu şəxslərə uşaq pulu verilir - AÇIQLAMA

Himayədar ailələrə himayəyə götürdükləri hər uşağın tərbiyə edilməsinə görə aylıq müavinət uşaqların yaşından və sağlamlıq vəziyyətindən asılı olaraq 355 - 435 manat arası məbləğlərdə müəyyən edilib.

Bu barədə Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Həmin uşaqlara mövsümi geyim alınması üçün himayədar ailəyə birdəfəlik müavinət (hər rübdə 200 manat) verilməsi də nəzərdə tutulub. Belə ki, himayəyə götürülən 0-6 yaşlı uşaqlar üçün himayədar ailəyə 395 (sağlam uşaq olduqda 355 manat) manat aylıq müavinət ödəniləcək.

7-13 yaşlı uşaqlara görə isə himayədar ailəyə ödəniləcək müavinətin məbləği 415 (sağlam uşaq olduqda 375 manat) olacaq. 14-18 yaşlı uşaqlar üçün ödəniləcək məbləğ isə aylıq 395 manatdır. Əgər uşaq sağlamlıq imkanları məhduddursa 14-18 yaşlı uşaqlar üçün aylıq müavinət məbləği 435 manat təşkil edəcək.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR