Mourinyo barədə sürpriz iddia - Türk klubu hərəkətə keçdi

Türkiyə mediası Joze Mourinyonun "Fənərbaxça"nın yeni baş məşqçisi ola biləcəyi barədə xəbər dərc edib.

Metbuat.az xəbər verir ki, “Roma”dan istefaya göndərilən Mourinyonun hələlik hansı klubda işləyəcəyi ilə bağlı qərar vermədiyi irəli sürülür. İddialara görə, "Fənərbaxça" Mourinyonun xidmətində maraqlıdır. Türkiyə mediası yazır ki, “Fənərbaxça”nın belə bir məşqçi ilə anlaşması komandanın strategiyasında və oyun üslubunda ciddi dəyişikliklərə səbəb olacaq.

Bildirilir ki, “Fənərbaxça”nın zəngin tarixi ilə Mourinyonun futbol fəlsəfəsi birləşdikdə klub beynəlxalq səviyyələrdə rəqabət apara biləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı