Bu gün yeni Baş nazir bəlli olacaq

Bu gün Milli Məclisin iclası keçiriləcək.

Metbuat.az xəbər verir ki, iclasda Prezident İlham Əliyevin baş nazirin təyin olunması üçün təqdimatına baxılacaq.

Qeyd edək ki, Milli Məclis Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir.

Bildirək ki, Azərbaycanda Nazirlər Kabineti 2024-cü ilin fevralın 14-də istefa verib. Bu, növbədənkənar prezident seçkisindən sonra tələb olunan prosedurla əlaqədardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı