"Soyuq Əllər, İsti Ürək" yarmarkasının hesabatı açıqlandı - FOTO

“Nargis” Fondu "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası ilə bağlı hesabatı paylaşıb.

1 dekabr 2023-ci il tarixindən 15 yanvar 2024-cü il tarixinədək «Nargis» Fondu tərəfindən ənənəvi olaraq Fəvvarələr meydanında “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası keçirildi.

«Nargis» Fondu qürur hissi ilə xeyriyyə yarmarkasının hesabatını diqqətinizə çatdırır. Yarmarka sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yarmarkada evlərin satışı nəticəsində müalicə və əməliyyat xərcləri tam qarşılanmış ağır xəstəliklərdən əziyyət çəkən uşaqların siyahısını təqdim edirik. Uşaqların müalicə və əməliyyat xərcləri 660.740 AZN təşkil etdi.

2023/2024 “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkası çərçivəsində müalicə və əməliyyat olunan uşaqlar:

  • Anastasia Akelova - 83 000 USD
  • Yusif Kərimzadə - 55 000 USD
  • Yasin Şabanov - 90 000 USD
  • Kübra Əsgərzadə - 2 000 USD
  • Cavad Abdullayev - 68 000 USD
  • Dağnur Əmrahov - 83 000 USD
  • Zəhra Mansurova - 10 000 USD

Hər bir uşağın sənədi və şəkli hesabata əlavə edilir. Həmçinin yaxın zamanda ayrı-ayrılıqda hər bir uşaq haqqında daha ətraflı məlumat Fond tərəfindən təqdim olunacaq.

“Nargis” Fondu dəstək olmuş hər bir kəsə və hər bir quruma dərin minnətdarlığını bildirir. Qoy bütün uşaqlar sağlam böyüsün! Mənbə: www.nargisfund.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı