Namaz qılınan toyun sahibi danışdı - VİDEO

Sosial şəbəkələrdə şadlıq sarayında toy mərasimi zamanı camaat namazının qılındığını əks etdirən videogörüntülər yayılıb.

Metbuat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkədə müzakirəyə çevrilib. Bu hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Toy mərasiminin sahibi Oqtay Quliyev hadisəyə münasibət bildirib.

"Məlum video ilə bağlı bir məsələyə aydınlıq gətirməliyəm. Toyu milli adət-ənənələrimizə uyğun olaraq təşkil etmişəm. Muğam üçlüyü əsas toyun aparıcısı idi. Təbii ki, digər toylardan fərqi içki və rəqsin olmaması idi. Toyda dindarlar və möminlərla yanaşı qeyri-dindar qonaqlarım da iştirak edirdi. Möminləri nəzərə alaraq şadlıq evində bir otaqda namaz üçün şərait yaradılmışdı. Ancaq bəzi dindarların təşəbbüsü və təkidi ilə şadlıq evinin ortasında mənim fikrim nəzərə alınmadan camaat namazı qılındı. Həmin namazı lentə alan qonaqlar onu sosial şəbəkələrdə paylaşıblar. Özümə qalsa, bunu doğru hal hesab etmirəm. Düzdür, namaz vaxtında qılınmalıdır, ancaq bəzi məqamlarda şəraiti nəzərə almaq lazımdır. Bura toydur", - mərasimin sahibi qeyd edib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı