Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat diplomatik mənbələr tərəfindən bildirilib. Qeyd edilib ki, sanksiyalar paketində 200-ə yaxın fiziki və hüquqi şəxsin adı var.

Cozep Borrell də məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, sanksiyalar paketinə 200-ə yaxın şəxs və qurumun adı daxil edilib. Bununla da "qara siyahı"ya düşən Rusiyanın fiziki və hüquqi şəxslərinin sayı 2000-i keçib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR