Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Azərbaycana gəldi

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Töfiq bin Fouzan əl-Rəbian Azərbaycana rəsmi səfərə gəlib.

Metbuat.az xəbər verir ki, fevralın 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağın qarşılanma mərasimi olub.

Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbianı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti qəbul etdiyinə görə minnətdarlıq edib.

Səudiyyəli nazirin ölkəmizdə rəsmi görüşləri nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı