Habil Əliyevin ailəsinə ağır itki - FOTO

Xalq artisti, görkəmli kaman ifaçısı Habil Əliyevin ömür-gün yoldaşı Şərqiyyə Əliyeva vəfat edib.

Metbuat.az xəbər ki, moderator.az-a açıqlama verən sənətkarın qızı Vəfa Əliyeva anasının bir neçə ay əvvəl dünyasını dəyişdiyini bildirib.

"Anam oktyabr ayının 25-də dünyasını dəyişib. Xəstəliyinin ağırlaşdığını mətbuata xəbər vermədik. Elə 2 günün içində vəziyyəti ağırlaşdı, komaya düşdü və rəhmətə getdi. Eynən atam kimi. Həm də atamın vəfat etdiyi yaşda anam rəhmətə getdi" deyə Vəfa Əliyeva bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı