Köhnə avtobuslar istismardan niyə çıxarılmır? - AÇIQLAMA

"Bakıətrafı qəsəbələrdə marşrut sistemləri əvvəlki illərdə olan marşrut sistemidir. Burada hərəkətin, intensivliyin azlığı sahibkarı razı salacaq qədər olmadığı üçün, yeni avtobuslar gətirməkdə maraqlı deyillər".

Bu sözləri Metbuat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, sərnişindaşımanın əsas problemlərindən biri də marşrutların yenilənməsi problemidir:

"Çünki marşrut sistemi bahalıdır. Bu cür avtobusların ölkəyə gətirilməsi böyük xərclər tələb edir. Ən yaxşı üsul dövlət hesabına sahibkarlıq subyekti nəzərə alınmaqla, müəyyən kreditin və şəraitin yaradılmasıdır ki, bununla da avtobuslar yenilənsin. Sahibkarlara bu işdə dövlət tərəfindən yardım olunmalıdır".

Ekspert qeyd edib ki, yeni marşrut xətlərinin açılması da vacibdir:

"Çünki Bakıətrafı və digər ərazilərdə ciddi şəkildə marşrut problemi yaşanır. İrihəcmli avtobuslar olmasa belə, mikro avtobusların istismara buraxılması məqsədə uyğundur".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı