Antibiotiklərin reseptsiz satışı və istifadəsi qanun pozuntusu hesab edilir və reseptsiz satışı qadağandır.

Metbuat.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, pasiyentlər həkimdən elektron reseptin istifadəsini tələb etsə, bu problem aradan qalxacaq.