Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub.
Metbuat.az xəbər verir ki, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 80 ha sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb.
Sıx meşəlik ərazi yanğından mühafizə olunub.