Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin mətni üzrə danışıqların yekununu İran prezidenti Məsud Pezeşkianı məlumatlandırıb.
Metbuat.az xəbər verir ki, Ermənistan hökumətinin məlumatına görə, tərəflər regional və Ermənistan-İran ikitərəfli münasibətləri ilə bağlı digər məsələləri də müzakirə ediblər.
Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Vladimir Putini sülh sazişinin mətni üzrə danışıqların yekununu barədə məlumatlandırmışdı.