Boksçularımız Macarıstanda üç medal qazandı

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turniri üç medalla başa vurublar.

Metbuat.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Kruzito Kovaçı (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Tural Sarıyevlə (50 kq) Əli Abdullayev (65 kq) isə gümüş medala sahib olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı