Şəmkirdə müəllim azyaşlı şagirdinə sataşıb? - Həbs edilənlər var

Şəmkir rayonunda orta məktəblərdən birinin idman müəlliminin döyülməsi barədə sosial şəbəkələrdə video yayılıb.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, azyaşlı şagirdini zorladığı deyilən müəllim ölümcül döyülüb və nəticədə o, xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı bildirib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub:

" O.Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı