Bu halda rəsmi Bakı hərbi yola əl atacaq - AÇIQLAMA

"Ermənistan ərazisində hal-hazırda qalan kəndlərimiz Azərbaycan suveren hüquqları çərçivəsində olan ərazilərdir. Həm də Ermənistan əgər Almatı bəyannaməsinə uyğun olaraq, Azərbaycan ərazilərini tanıdığını bəyan edibsə, prinsip etibarilə bu kəndlər üzərində də Azərbaycanın suverin hüquqlarını qəbul etmiş sayılır".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Politoloq bildirib ki, Ermənistan bu istiqamətdə addımlar atmayacaqsa, o zaman bu faktiki olaraq işğalın davamı hesab oluna bilər:

"İşğala son qoymağın yolları təbii ki, hər kəsə bəllidir. Belə olduğu təqdirdə Ermənistan sülhə məcbur ediləcək və həmin ərazilərin hərbi yolla azad edilməsi istiqamətində addımlar atılacaq".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı