İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə və digər dövlət rəsmiləri Azərbaycan Respublikasının İrandakı səfirliyini ziyarət edib, başsağlığı veriblər.
Metbuat.az xəbər verir ki, bu barədə səfirlik “X” hesabında paylaşım edib.
Qeyd edilib ki, İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə və digər dövlət rəsmiləri Azərbaycan Respublikasının İrandakı səfirliyini ziyarət edərək təyyarə qəzasında insanların həlak olması ilə bağlı İran hökuməti və xalqının başsağlığını çatdırıb, kitaba ürək sözlərini yazıb.